“Nyukasl Yunayted” “Everton”a böyük hesabla qalib gəlib

Xəbərlər
29 Noyabr 2025 23:34
122
“Nyukasl Yunayted” “Everton”a böyük hesabla qalib gəlib

İngiltərə Premyer Liqasının 13-cü turunda “Everton” və “Nyukasl Yunayted” arasında keçirilən oyun başa çatıb.

“Nyukasl” oyunda 4:1 hesabı ilə qələbə qazanıb.

Malik Tşau qonaqlara ilk dəqiqədə hesabı açıb, Lüis Mayli 25-ci dəqiqədə fərqi ikiqat artırıb, Nik Voltemade 45-ci dəqiqədə daha bir qol vurub. Tşau 58-ci dəqiqədə ikinci qoluna imza atıb. Kiernan Dyuberi-Holl 69-cu dəqiqədə bir cavab topunu vurub.

Bu oyundan sonra “Everton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 xalla 14-cü, “Nyukasl Yunayted” isə 19 xalla 11-ci yerdədir.

İdman.Biz