FİFA prezidenti Canni İnfantino Livan vətəndaşlığını qəbul edib

Xəbərlər
26 Noyabr 2025 20:38
20
FİFA prezidenti Canni İnfantino Livan vətəndaşlığını qəbul edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino Livan vətəndaşlığını qəbul edib.

İdman.Biz rəsmi mənbəllərə istinadla xəbər verir ki, bu qərarı Livan prezidenti Cozef Xəlil Aun verib. İnfantino ona vətəndaşlıq verildiyini öz sosial şəbəkə hesablarında açıqlayıb.

“Livan vətəndaşlığını almaq mənim üçün böyük şərəf idi! Bu, mənə ölkə prezidenti Cozef Xəlil Aun tərəfindən verildi. Bu gün Beyrutda onunla görüşərək futbolun inkişafı, futboldan sülhün möhkəmləmdirilməsi və bütün planet üzrə gənclərin imkanlarının genişləndirilməsi üçün bir vasitə kimi istifadəyə davam etmək məqsədilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirəyə çıxardıq. Konstruktiv söhbətimiz oldu”, - FIFA rəhbəri sosial media hesabında yazıb.

Livan Futbol Federasiyasının (LFA) rəsmi saytına görə, bu addım simvolikdir.

“Bu, Livanın FIFA prezidentinin oyunun inkişafında oynadığı rolu qəbul etməsini və Livan futboluna davamlı dəstəyini təsdiqləyir. Beyrutda keçirilən görüş zamanı cənab İnfantino Livan liderinə ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunun rəsmi oyun topunu təqdim etdi. Topun üzərində Livan prezidentinin adı həkk olunmuşdu. FIFA nümayəndəsi həmçinin Cozef Xəlil Auna federasiya adından xatirə hədiyyələri təqdim etdi”, – LFA-dan bildirilib.

55 yaşlı Canni İnfantino 2019-cu ildən FIFA prezidentidir. Dünya futbolunun rəhbəri təyin olunmazdan əvvəl o, 2009-cu ilin oktyabr ayından Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışıb. FIFA lideri artıq İtaliya və İsveçrə vətəndaşlığına malikdir. O, Livan əsilli Lina Əl-Əşqarla evlidir.

İdman.Biz