Təbrizin “Traktor” klubu Asiya Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Xəbərlər
24 Noyabr 2025 23:13
44
Təbrizin “Traktor” klubu Asiya Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Asiya Çempionlar Liqasının “Elita” yarışında çıxış edən Təbrizin “Traktor” klubu növbəti oyununa çıxıb.

İdman.Biz bildirir ki, B qrupunda iştirak edən klub beşinci turda Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb.

Özbəkistanda keçirilən oyun 1:0 hesabı ilə təbrizlilərin qələbəsi ilə bitib.

Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiya vurub.

“Traktor” 5 oyundan sonra 11 xalla qrup üçüncüsüdür. İlk iki yerdə Səudiyyə Ərəbistanının “Əl Hilal” və “Əl Əhli” klubları qərarlaşıblar.

İdman.Biz