“Arsenal”ın baş məşqçisi Mikel Arteta hücumçu Qabriel Jesusun bir neçə həftə sıradan çıxdığını açıqlayıb.
İdman.Biz-in xəbərinə görə, bu barədə sosial mediada Fabritsio Romano bildirib.
“Qabriel bir neçə həftə sıradan çıxacaq. Gələn çərşənbə günü daha bir müayinəmiz olacaq. Bu, böyük bir zərbədir, amma çox yaxşı seçimlərimiz var - oyunçular indi irəli addım atmalı olacaqlar”, - Romano Mikel Artetanın sözlərini sitat gətirir.
2025-ci ilin əvvəlində də hücumçu “Mançester Yunayted”ə qarşı kubok oyununda zədələnib. Ona həmin vaxt sol dizində ön çarpaz bağ zədəsi diaqnozu qoyulub. Hücumçu əməliyyat olunub.
Mənbənin məlumatına görə, Arteta hələ də 28 yaşlı oyunçuya ümid edir və zədədən sonra onun meydana qayıtmasını səbirsizliklə gözləyir.
