İsveçrə dünya çempionatına gedəcək, Kosovo pley-offda qüvvəsini sınamalıdır

Xəbərlər
19 Noyabr 2025 02:32
21
İsveçrə dünya çempionatına gedəcək, Kosovo pley-offda qüvvəsini sınamalıdır

Futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsində B qrupunda Kosovo İsveçrəni qonaq edib.

İdman.Biz bildirir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Hesabı 47-ci dəqiqədə qonaqlardan Ruben Varqas açıb. 74-cü dəqiqədə Floran Musliya oyunda tarazlığı bərpa edib.

Qrupun digər görüşündə İsveç Sloveniyanı qonaq edib. 64-cü dəqiqədə Timi Elşnik Sloveniyanı hesabda irəli çıxarıb. 87-ci dəqiqədə Vilyam Lundqren bərabərlik qolunu vurub - 1:1.

Beləliklə, İsveçrə (14 xal) B qrupunda birinci yeri tutaraq dünya çempionatına vəsiqə qazanıb. Kosovo (11 xal) isə ikinci yeri tutaraq pley-off mərhələsində iştirak edəcək. Sloveniya B qrupunda 4 xalla üçüncü, İsveç isə (2 xal) dördüncü yeri tutub.

İdman.Biz