Futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsində C qrupunda Şotlandiya və Danimarka üz-üzə gəliblər.
İdman.Biz bildirir ki, Qlazqoda keçirilən oyun 4:2 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Hesabı 4-cü dəqiqədə Şotlandiyanın futbolçusu Skott Maktominey açıb. İkinci hissədə Rasmus Hoylund 57-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Ev sahibi komandanın hücumçusu Lorens Şenkland 79-cu dəqiqədə Şotlandiyanı irəli çıxarıb. Müdafiəçi Patrik Dorqu 82-ci dəqiqədə hesabı bərabərləşdirib. Kiran Tirni 90+3-də, Kenni Maklin isə 90+8-ci dəqiqədə fərqlənərək hesabı 4:2 ediblər.
Bu qrupdakı digər qarşılaşmada Belarus millisi Yunanıstanla qarşılaşıb. Bu oyun 0:0 hesabı ilə yekunlaşıb.
Şotlandiya 13 xal toplayaraq qrupu birinci yerdə başa vurub və DÇ-2026-ya vəsiqə qazanıb. Danimarka 11 xalla ikincidir və pley-off oyunlarında iştirak edəcək. Yunanıstan 7, Belarus isə 2 xal toplayıb.
