“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko zədə səbəbindən təxminən bir ay meydandan kənarda qalacaq.
İdman.Biz bildirir ki, noyabrın 8-də futbolçu Premyer Liqanın “Tottenhem”ə qarşı (2:2) oyununun 60-cı dəqiqəsində meydana daxil olsa da, 88-ci dəqiqədə meydandan kənarlaşdırılıb. Onun dizində zədə olduğu bildirilib.
“Sky Sports”un məlumatına görə, Şeşko ciddi zədədən xilas olub və maksimum bir ay meydançalardan kənar qalacağı gözlənilir.
