İldırım futbolçunu öldürüb - VİDEO

Xəbərlər
12 Dekabr 2023 22:14
511
İldırım futbolçunu öldürüb - VİDEO

Braziliya futbolunda bədbəxt hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, həvəskarlar arasında keçirilən oyunda futbolçunu ildırım vurub.

Santu-Antoniu-da-Platina ştatının “Unian Japirense” və Unidos” komandaları arasında keçirilən qarşılaşma güclü yağış altında keçirilib. İldırım zərbəsinə tuş gələn “Unian Japirense”nin 21 yaşlı futbolçusu Kayo Enrike de Lima Qonsales ciddi yanıqlarla hospitala çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, komandanın daha 6 oyunçusu da ildırım zərbəsindən əziyyət çəkib. Həkimlərin məlumatına görə, onların həyatı təhlükəsi yoxdur.

İdman.biz