Hakimə zərbə vuran prezident istefa verib

Xəbərlər
12 Dekabr 2023 21:09
135
Hakimə zərbə vuran prezident istefa verib

Türkiyə Superliqasında hakimi yumruqlayan “Ankaragücü”nün prezidenti istefa verib.

İdman.biz xəbər verir ki, bu barədə Faruk Koca tərəfindən açıqlama yayılıb.

“Dünən “Rizəspor”la oyundan sonra hakim Halil Umut Melerə qarşı davranışıma görə, hakimdən, ailəsindən və bütün türkiyə idman ictimaiyyətindən üzr istəyirəm. “Ankaragücü”nə, klubun azarkeşlərinə və ailəmə zərbə vurmamaq üçün tutduğum vəzifədən istefa verirəm”, - deyə Faruk Koca açıqlamasında bildirib.

Qeyd edək ki, “Ankaragücü” – “Rizəspor” oyunundan sonra hakimə hücum edən klub prezidenti hüquq-mühafizə oqanları tərəfindən həbs olunub.

İdman.biz