Qabriel Jesus “Arsenal”dan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib

Xəbərlər
15 Noyabr 2025 21:44
30
Qabriel Jesus “Arsenal”dan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib

“Arsenal”ın hücumçusu Qabriel Jesus bu qış London klubundan ayrılacağı ilə bağlı mediada yayılan xəbərlərə cavab verib.

İdman.Biz bildirir ki, daha əvvəl 28 yaşlı futbolçunun DÇ-2026-da iştirak etmək şansını artırmaq üçün Braziliyaya qayıda biləcəyi barədə məlumatlar yayılmışdı.

“Mən heç vaxt başqa klublarla əlaqə saxlamamışam. Mənim arzum “Palmeyras”a qayıtmaqdır, “Palmeyras”ın da arzusu məni geri qaytarmaqdır. Bu kluba qayıtmağın vaxtı çatdığını hiss edəndə “Arsenal”la birlikdə qərar verəcəyəm.

Amma hazırda söhbət doqquz aydır ki, sıradan çıxan və komandaya qayıtmaq üçün mübarizə aparan oyunçudan gedir və jurnalistlər əsassız fərziyyələr irəli sürürlər”, - Sky Sports Jesusdan sitat gətirib.

Hücumçu 2025-ci ilin yanvar ayından bəri yırtılmış çarpaz bağını sağaldır.

İdman.Biz