“Çelsi” 16 yaşlı müdafiəçi Deyner Ordonyesin “İndependiente del Valle”dən transferi üçün razılığa gəlib.
İdman.Biz-in xəbərinə görə, Fabritsio Romano özünün X sosial media hesabında bildirib ki, ekvadorlu futbolçu 2028-ci ilin yanvar ayında “göylər”ə qoşulacaq.
7 avqust 2025-ci il tarixində “Çelsi”nin müdafiəçisi Levi Kolvill ön çarpaz bağ zədəsi almışdı və bu, onun 2025/26 mövsümündən kənarda qalmasına səbəb ola bilərdi. Müdafiəçi Benua Badiaşile həmçinin Premyer Liqanın 11-ci turunda “Vulverhempton”la oyunu da buraxmışdı.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının hazırkı çempionu “Liverpul” yay transfer pəncərəsi zamanı ekvadorlu müdafiəçi ilə maraqlanırdı.
