Fransa Ukraynanı darmadağın edərək DÇ-2026-ya vəsiqəni təmin edib - VİDEO

Xəbərlər
14 Noyabr 2025 01:43
35
Fransa Ukraynanı darmadağın edərək DÇ-2026-ya vəsiqəni təmin edib - VİDEO

DÇ-2026-nın seçmə mərhələsinin qrup mərhələsinin Fransa və Ukrayna arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir komandalar Parisdəki “Park de Prens” stadionunda oynayıblar.

Meydan sahibləri matçı 4:0 hesabı ilə qazanıb.

55-ci dəqiqədə fransız hücumçusu Kilian Mbappe penalti zərbəsi ilə hesabı açıb. 76-cı dəqiqədə fransız cinah oyunçusu Maykl Olise müdafiəçi komandasının üstünlüyünü ikiqat artırıb. Mbappe 83-cü dəqiqədə ikinci qolunu vurub. Uqo Ekitique 88-ci dəqiqədə komandasının dördüncü qoluna imza atıb.

Bu oyunda atdığı qollarla Kilian Mbappe karyerasında 400-cü qoluna imza atıb.

Fransa Azərbaycanın da yer aldığı D qrupunda beş oyundan 13 xalla birinci yeri tutaraq DÇ-2026-ya vəsiqə qazanıb. Ukrayna yeddi xalla üçüncüdür. Eyni sayda xal toplamış İslandiya ikinci yerdə qərarlaşıb. Azərbaycan millisinin bir xalı var.

Son turda Fransa səfərdə Azərbaycanla oynayacaq, Ukrayna isə İslandiyanı qəbul edəcək.

İdman.Biz