“Mançester Yunayted” Maktomineyi qaytara bilər, amma ən azı 50 milyon avro ödəməli olacaq

Xəbərlər
13 Noyabr 2025 21:48
31
“Mançester Yunayted” Maktomineyi qaytara bilər, amma ən azı 50 milyon avro ödəməli olacaq

“Mançester Yunayted” “Napoli”nin gənc futbolçusu Skott Maktomineyi geri qaytarmaqda maraqlıdır.

İdman.Biz bu barədə “Caught Offside”a istinadən bildirir.

Məlumata görə, “Napoli” klubu 28 yaşlı futbolçu üçün qiymət təyin etməyib, lakin maraqlanan hər hansı bir komanda ən azı 50 milyon avro ödəməli olacaq. “Nyukasl” və “Tottenhem” da Maktominey ilə maraqlanır.

Vurğulanır ki, şotland yarımmüdafiəçi 2024-cü ilin yayında “Mançester Yunayted”dən transfer etdiyi” Napoli”dən ayrılmaqda israr etməyəcək.

Maktominey bütün yarışlarda “Mançester Yunayted”də 255 oyun keçirib, 29 qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz