“Atletiko Madrid” argentinalı yarımmüdafiəçi Culiano Simeone ilə müqaviləni uzatmaq niyyətindədir.
İdman.Biz-in “Marca”ya istinadən verdiyi məlumata görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin oğlu 22 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilin yayına qədərdir.
Culiano Simeone “Atletiko Madrid”in əsas komandasında 67 rəsmi oyun keçirib, 8 qol vurub və 14 məhsuldar ötürmə edib. O, dekabr ayında 23 yaşını qeyd edəcək. Madrid klubu hazırda İspaniya liqasının turnir cədvəlində dördüncü yerdədir.
