İngiltərə Premyer Liqası klublarından “Vulverhempton Uonderers” rəsmi olaraq Rob Edvardsın baş məşqçi təyin olunduğunu elan edib.
İdman.Biz bildirir ki, baş məşqçinin müqaviləsi üç il yarım müddətinə nəzərdə tutulub.
Edvards 2004-cü ildən “Vulverhempton”da oynayıb və klubda dörd mövsüm keçirib. O, Mik Makkartinin rəhbərliyi altında komandada 111 oyunda meydana çıxıb.
Məşqçi kimi 42 yaşlı mütəxəssis “Telford Yunayted”, “Forest Qrin Rovers”, “Luton”, “Midlsbro” və “Uotford” kimi klublarla, eləcə də İngiltərənin 16 yaşadək futbolçulardan ibarət milli komandası ilə işləyib.
“Vulverhempton” hazırda 11 oyundan iki xala malikdir. Komanda Premyer Liqa turnir cədvəlində 12-ci yerdədir və sonuncu yerdədir.
