İngiltərə millisinin üzvü “Aston Villa” ilə müqaviləsini uzadıb

Xəbərlər
11 Noyabr 2025 00:34
30
İngiltərə millisinin üzvü “Aston Villa” ilə müqaviləsini uzadıb

“Aston Villa”nın və İngiltərə millisinin oyunçusu Morqan Rocers klubla müqaviləsini uzadıb.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən bildirir.

Oyunçunun klubla yeni müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Rocers “Vest Bromviç”in yetirməsidir. O, həmçinin “Mançester Siti”, “Linkoln Siti”, “Bornmut”, “Blekpul” və “Midlsbro” kimi klublarda da oynayıb. Morqan 2024-cü ildə Birminhem klubuna qoşulub. Bu müddət ərzində o, “şirlər”də 86 oyun keçirib, 18 qol vurub və 20 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, Rocers-in hazırkı bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz