Fransa çempionatının 12-ci turunun “Marsel” və “Brest” komandaları arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar “Stade Orange Velodrome” stadionunda (Marsel) oynayıblar. Meydan sahibləri 3-0 hesabı ilə qalib gəliblər.
İlk qolu 25-ci dəqiqədə Encel Qomes vurub. 33-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Meyson Qrinvud komandasının üstünlüyünü artırıb. İkinci hissənin sonlarında, 81-ci dəqiqədə hücumçu Pyer-Emerik Obameyanq hesabı 3-0 edib.
Bu qələbə ilə “Marsel” Fransa çempionatında liderliyi ələ keçirib. Roberto de Zerbinin komandası 12 matçdan 25 xalı var. 10 xallı Brest 13-cü yerdədir.
