“Əl-Nəsr” qalib gəlib, Ronaldo 953-cü qolunu vurub - VİDEO

Xəbərlər
8 Noyabr 2025 20:58
27
“Əl-Nəsr” qalib gəlib, Ronaldo 953-cü qolunu vurub - VİDEO

Səudiyyə Ərəbistanı Pro-Liqasının 8-ci turunda “Neom” və “Əl-Nəsr” komandaları qarşılaşıblar.

İdman.Biz bildirir ki, komandalar “Kral Xalid Sports Siti” stadionunda (Tabuk) oynayıblar. Qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Oyunun ilk qolunu qonaqların hücumçusu Qabriel Anjelo 47-ci dəqiqədə qol vurub. “Neom” hücumçusu Lusiano Rodriges 56-cı dəqiqədə qırmızı vərəqə alıb. 65-ci dəqiqədə Kriştiano Ronaldo penaltidən qol vuraraq karyerasındakı 953-cü qoluna imza atıb. Meydan sahiblərinin hücumçusu Əhməd Abdu Caber 84-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. İki dəqiqə sonra Joao Felix hesabı 3-1 edib.

Səkkiz oyundan sonra “Əl-Nəsr” 24 xalla Səudiyyə Ərəbistanı Pro-Liqasının turnir cədvəlində birinci yerdədir. “Neom” 13 xalla yeddinci yerdə qalır.

İdman.Biz