İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Tottenhem” “Mançester Yunayted”i qəbul edib.
İdman.Biz bildirir ki, oyun 2:2 hesabı ilə başa çatıb.
Hesabı 32-ci dəqiqədə “Yunayted”dən Brayan Mbemo açıb. 84-cü dəqiqədə Matis Tel hesabı bərabərləşdirib. 90+1-də Rişarlison “Hotspur”u irəli çıxarıb. 90+6-da isə Matteys de Liqt bərabərlik qolunu vurub.
Bu oyundan sonra “Mançester Yunayted” 18 xalla yeddinci yerdədir. “Tottenhem Hotspur” da 18 xal toplayıb və üçüncü yerdə qərarlaşıb.
