“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 4-cü turunda “Mançester Siti” ilə qarşılaşmadan əvvəl açıqlama verib.
İdman.Biz bildirir ki, oyun noyabrın 5-də İngiltərədə keçiriləcək.
“Bizə yüksək müdafiə xətti lazımdır. Əgər müdafiədə çox aşağıda olsaq, rəqib bundan yararlanmaq üçün lazım olan hər şeyi edəcək. Oyunun qapımızdan mümkün qədər uzaqda keçirilməsini istəyirik, ona görə də bu plana sadiq qalacağıq. Risk etməyə hazırıq. Niklas Züle ayaq barmağından aldığı zədə səbəbindən meydana çıxa bilməyəcək və sabah oynamayacaq”, - Kovaç deyib.
Üç oyundan sonra “Borussiya Dortmund” və “Mançester Siti”nin hər birinin yeddi xalı var və turnir cədvəlinin yuxarı hissəsindədirlər.
