ÇL: “Qarabağ”ın rəqiblərinin oyununda qapılara qol vurulmadı

Xəbərlər
4 Noyabr 2025 23:47
32
ÇL: “Qarabağ”ın rəqiblərinin oyununda qapılara qol vurulmadı

Çempionlar Liqası ümümi mərhələsinin 4-cü turunda “Napoli” və “Ayntraxt Frankfurt” üz-üzə gəliblər.

İdman.Biz bildirir ki, oyun İtaliyanın Neapol şəhərindəki Diego Armando Maradona stadionunda oynanılıb.

Matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Növbəti turda “Napoli” 25 noyabrda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq. Bir gün sonra “Ayntraxt” “Atalanta” ilə oynayacaq.

Qeyd edək ki, “Ayntraxt” da “Qarabağ”ın bu turnirdəki rəqibləri arasındadır. Komandalar gələn il yanvarın 21-də Bakıda qarşılaşacaqlar.

Bu mövsümün Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.

İdman.Biz