“Arsenal”ın oyunçusu Doumen Çempionlar Liqasının ən gənc oyunçusu olub

Xəbərlər
5 Noyabr 2025 01:00
33
“Arsenal”ın oyunçusu Doumen Çempionlar Liqasının ən gənc oyunçusu olub

“Slaviya Praqa” ilə dördüncü tur matçında meydana çıxan “Arsenal”ın cinah oyunçusu Maks Doumen Çempionlar Liqası tarixinin ən gənc oyunçusu olub.

İdman.Biz bildirir ki, o, meydançaya çıxanda yaşı 15 il 308 gün olub.

İngilis futbolçu, 16 yaş 18 günlüyündə Çempionlar Liqasında oynamış “Borussiya Dortmund”un keçmiş hücumçusu Yussuf Mukoko və 16 yaş 68 günlüyündə meydançaya çıxmış “Barselona”nın cinah oyunçusu Lamin Yamalın rekordunu keçib.

Bu mövsüm Doumen bütün yarışlarda beş oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib.

İdman.Biz