“Atletiko Madrid” “Yunion”dan üstün olub - VİDEO

Xəbərlər
5 Noyabr 2025 02:22
37
“Atletiko Madrid” “Yunion”dan üstün olub - VİDEO

UEFA Çempionlar Liqasının dördüncü turunda “Atletiko Madrid” “Yunion”u (Brüssel) qəbul edib.

İdman.Biz bildirir ki, İspaniya klubu oyunu 3-1 hesabı ilə qazanıb.

İspaniya komandasından Julian Alvarez 39-cu dəqiqədə qol vurub. Konor Qallaher 73-cü dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb, Ross Sayks 80-ci dəqiqədə bir qolun əvəzini çıxıb. Markos Loryente 90+6-cı dəqiqədə yekun hesabı müəyyən edib.

Bu oyundan sonra “Atletiko Madrid” altı xalla Çempionlar Liqası turnir cədvəlinin ortasında, “Yunion” isə üç xalla sonlardadır.

Növbəti turda “Atletiko” 26 noyabrda öz meydanında “İnter”i qəbul edəcək, “Yunion” isə 25 noyabrda səfərdə “Qalatasaray”la qarşılaşacaq.

İdman.Biz