Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Olimpiakos” və PSV qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun Yunanıstanda oynanılıb.
Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.
“Olimpiakos”un hücumçusu Gelson Martins oyunun ilk qolunu 17-ci dəqiqədə vurub. Rikardo Pepi artırılmış vaxtda hesabı bərabərləşdirib.
PSV növbəti turda səfərdə “Liverpul”la oynayacaq. “Olimpiakos” “Real Madrid”i qəbul edəcək. Hər iki oyun noyabrın 26-da keçiriləcək.
