Amerikalı reper, prodüser və aktyor Snup Doqq “Seltik”ə investisiya qoymaq və Şotlandiya klubunun liqanın zirvəsinə qayıtmasına kömək etmək istədiyini bildirib.
İdman.Biz bildirir ki, Şotlandiya Premyer Liqasında “Seltik” 20 xalla turnir cədvəlində ikinci yerdədir. Liqaya 29 xalla “Harts” liderlik edir.
“Məşqçi rolu barədə bilmirəm, amma investor kimi niyə də olmasın? Artıq “Seltik”ə investisiya qoymaq barədə danışmışam və fürsət yaranarsa, hazıram. “Seltik” əla klubdur və azarkeşlər ən yaxşı oyunçuları bu möhtəşəm stadionda görmək istəyirlər. Sahiblər sadəcə soruşmalıdırlar. Mən idmanı sevirəm: oyunçular gedir, menecerlər gedir və biz irəliləyirik. Martin O'Nilə (müvəqqəti baş məşqçi) hörmət edilməlidir; klubun ehtiyacı olanda geri döndü”, - Snup Doqq "Daily Record" qəzetinə bildirib.
