“Bavariya” Paris polisinin qərarından UEFA-ya şikayət edib

Xəbərlər
4 Noyabr 2025 10:09
34
“Bavariya” Paris polisinin qərarından UEFA-ya şikayət edib

“Bavariya” klubu, Çempionlar Liqasının 4-cü turunda PSJ ilə “Park de Prens” stadionunda qarşılaşmadan əvvəl Paris Polis prefekturası tərəfindən verilən sərəncamla bağlı UEFA-ya etiraz edib.

İdman.Biz bildirir ki, sərəncamla azarkeşlərin gəlişi tənzimlənir və polis nəzarət məntəqəsi yaradılır.

Bu, qonaq komandanın bütün azarkeş avtobuslarına şamil edilir və oyundan əvvəl şəhərin kənarındakı ödəniş məntəqəsində toplaşmalarını tələb edir. Həmçinin, bütün digər “Bavariya” azarkeşlərinin stadiona yalnız ictimai nəqliyyatla getməsini tələb edir. Oyundan sonra hər kəs öz nəqliyyat vasitələrinə qayıtmalıdır. Daha sonra avtobuslar polis nəzarəti altında şəhərdən çıxarılacaq.

Alman klubu polis qərarını əsassız və gecikmiş hesab edir.

PSJ bu məsələdə “Bavariya”nı dəstəkləyir.

Məlumat üçün əlavə edək ki, PSJ-"Bavariya" oyunu bu gün Bakı vaxtı ilə 00:00-da start götürəcək.

İdman.Biz

Məqalədə: