Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Bukmekerlər “Qarabağ”ın “Çelsi”yə qarşı şanslarını dəyərləndirib - İdman və Biz

Bukmekerlər “Qarabağ”ın “Çelsi”yə qarşı şanslarını dəyərləndirib

Xəbərlər
4 Noyabr 2025 13:30
86
Bukmekerlər “Qarabağ”ın “Çelsi”yə qarşı şanslarını dəyərləndirib

Bukmekerlər 5 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Çelsi” oyunu ilə bağlı proqnozlarını açıqlayıblar.

İdman.Biz xəbər verir ki, Bukmeker şirkətlərinin qiymətləndirməsinə görə, gözlənildiyi kimi, qarşılaşmanın aşkar favoriti London klubudur. “Çelsi”nin qələbəsinə 1.40 əmsalla mərc qəbul edilir ki, bu da Enzo Mareskanın komandasının təxminən 70 faizlik qələbə ehtimalına uyğun gəlir.

“Qarabağ”ın qələbə şansı isə xeyli yüksək əmsalla - 7.60 olaraq qiymətləndirilib. Heç-heçə nəticəyə isə 5.40 əmsalla mərc etmək mümkündür. Bu göstəricilər Ağdam klubundan qarşıdakı oyunda gözləntilərin nisbətən aşağı olduğunu göstərir.

Bununla belə, bukmekerlərin “zadəganlar”ın uğuruna olan inamına rəğmən, Qurban Qurbanovun komandası artıq bir neçə dəfə sürprizlərə imza atmağa qadir olduğunu sübut edib.

Xatırladaq ki, “Qarabağ” və “Çelsi” daha əvvəl 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəliblər. Həmin vaxt Ağdam təmsilçisi səfərdə 0:6, evdə isə 0:4 hesabı ilə uduzmuşdu.

Cari mövsümdə “Qarabağ” və “Çelsi” üç turun ardından əsas mərhələdə altı xal toplayıblar və turnir cədvəlində müvafiq olaraq 13-cü və 11-ci yerləri bölüşürlər. Qarşıdakı oyun çərşənbə günü, noyabrın 5-də Bakıda saat 21:45-də başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz

Məqalədə: