“London küçələrində, bütün İngiltərədə hamı “Qarabağ”dan danışır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener deyib.
Onun sözlərinə görə, Ağdam təmsilçisi elə səviyyəyə çatıb ki, Premyer Liqa klublarının hamısı bu adın kimə məxsus olduğunu bilir: “Çelsi” dünyanın ən varlı klublarından biridir. Onlar klublararası dünya çempionatının qalibidirlər. Amma indi deyirlər:
“Qarabağ”la oynayacağıq, amma bu dəfə 2017-ci ildəki “Qarabağ” deyil. Bu, “Benfika” ilə “Kopenhagen”i məğlub edən, “Atletik”lə (Bilbao) sonadək döyüşən “Qarabağ”dır”.
Xatırladaq ki, Ertem Şener Sport TV-nin dəvəti ilə Bakıya gəlir. O, “Qarabağ” və “Çelsi” arasında baş tutacaq oyundan əvvəl və sonra efirdə olacaq.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    