İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə 34 yaşlı belçikalı futbolçu öz “Instagram” hesabında paylaşım edib.

A Seriyasının VIII turunda “İnter”lə (3:1) matçda zədələnən və sağ budunun iki başlı əzələsinin qopması diaqnozu qoyulan futbolçu bildirib: “Hamıya salam! Bildiyiniz kimi, müəyyən müddətə sıradan çıxmışam. Yaxşı xəbər budur ki, əməliyyat uğurla keçdi. Qayıdışım artıq başlayıb! Bütün mesajlar üçün təşəkkür edirəm!”.
Qeyd edək ki, belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Napoli” UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda noyabrın 26-da “Qarabağ”ı qəbul edəcək.
        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    