“Real Madrid”in prezidenti Florentino Peres komandasında Kilian Mbappe kimi bir hücumçunun olması ilə fəxr etdiyini bildirib.
İdman.Biz bildirir ki, bu gün “Kral klubu”nun oyunçusu “Qızıl buts” mükafatına layiq görülüb.
Keçən mövsüm Mbappe İspaniya liqasında 34 matçda 31 qol vurub.
“Arzuladığın ağ futbolkada öz tarixinizi yaradırsınız. “Qızıl buts” sizin zəhmətinizin, fədakarlığınızın və futbola olan ehtirasınızın bəhrəsidir. Bilməyinizi istəyirəm ki, “Real Madrid” prezidenti olaraq komandamızda sizin kimi bir oyunçunun olması ilə çox fəxr edirəm”, - “Marca” qəzeti Peresin sözlərini sitat gətirir.
Mbappe 2024-cü ilin yayında “Real Madrid”ə qoşulub.
