“Mançester Siti” 2027-ci ilin yayında müqaviləsi başa çatan müdafiəçi yarımmüdafiəçi Rodri ilə müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa edib.
İdman.Biz xəbər verir ki, “şəhərlilər” müqavilənin uzadılmasını bu ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
“TBR Football”un məlumatına görə, hər iki tərəf razılığa gələ biləcəyinə əmindir.
Rodri 2019-cu ilin yayından bəri “Mançester Siti”də oynayır. O, 2024-cü ildə “Qızıl top” mükafatını qazanıb.
Yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda 272 oyunda meydana çıxıb, 26 qol vurub və 32 məhsuldar ötürmə edib. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.
 
         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    