Kubok matçında “Bayer Leverkuzen” əlavə vaxtda “Paderborn 07”ni məğlub edib – VİDEO

Xəbərlər
30 Oktyabr 2025 00:05
29
Kubok matçında “Bayer Leverkuzen” əlavə vaxtda “Paderborn 07”ni məğlub edib – VİDEO

Almaniya Kubokunun 1/16 final mərhələsinin “Paderborn 07” və “Bayer Leverkuzen” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz-in məlumatına görə, “Home Deluxe Arena”da keçirilən oyun əlavə vaxtda qonaqların 4-2 hesablı qələbəsi ilə başa çatıb.

58-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Feliks Hetze meydandan qovulub və komandası on nəfərlə qalıb. İki dəqiqə sonra Alehandro Qrimaldo cərimə zərbəsi ilə hesabı açıb. Lakin Stefano Marino 90-cı dəqiqədə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta göndərib.

Əlavə vaxtda Sven Miçel “Paderborn”u irəli çıxarıb (96). Carrell Kuansa isə hesabı bərabərləşdirib (105+1). 120+2-ci dəqiqədə İbrahim Maza “Bayer”i irəli çıxarıb. Maza iki dəqiqə sonra ikinci qolunu vuraraq hesabı 4-2 edib.

Beləliklə, “Bayer” kubok uğrunda mübarizəni davam etdirərək 1/8 finala yüksəlib.

İdman.Biz