MLS Futbol Oyunçuları Assosiasiyası liqa futbolçularının oktyabr ayına olan maaşlarının reytinqini dərc edib.
İdman.Biz bildirir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi liqada ən çox maaş alan oyunçu olaraq qalır. O, ildə 20,4 milyon dollar qazanır.
İkinci yerdə ötən yay “Los-Anceles”ə keçən Son Hın Mindir (illik 11,2 milyon dollar). “İnter Mayami”nin yarımmüdafiəçisi Serxio Buskets isə üçüncü yerdədir (illik 8,8 milyon dollar).
İlk beşliyə həmçinin Migel Almiron (“Atlanta Yunayted”, 6,1 milyon dollar) və İrvinq Losano (“San Dieqo”, 6 milyon dollar) daxildir.
MLS-də futbolçuların maaşlarına ən çox pul xərcləyən “İnter Mayami”dir - 48,97 milyon dollar. “Los-Anceles” ikinci (30,1 milyon dollar), “Atlanta” isə üçüncü yerdədir (28,48 milyon dollar). Maaşlara ən az vəsaiti isə “Monreal İmpakt” (12,92 milyon dollar) xərcləyir.
