“Çelsi” gələn ilin yanvar ayında Ter Stegenlə müqavilə imzalamaq üçün rəsmi danışıqlara başlayıb.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Saşa Tavoyeri yazıb.
“Barselona” rəhbərliyi qapıçının klubdan getməsinə prinsip etibarilə razıdır.
Klub qolkiperi mövsümün sonuna qədər icarəyə verilməsi və ya satılması təkliflərinə “isti” baxır. Kataloniya klubu bununla əmək haqqı xərclərini azaltmaq və “maliyyə feyr-pleyi” vəziyyətini yaxşılaşdırmaq fikrindədir.
