Səudiyyə Ərəbistanında göydələnin damında stadion tikməyi planlaşdırırlar - FOTO

Xəbərlər
29 Oktyabr 2025 05:09
48
Səudiyyə Ərəbistanında göydələnin damında stadion tikməyi planlaşdırırlar - FOTO

Səudiyyə Ərəbistanında 350 metr hündürlüyündə bir göydələnin damında stadion tikilə bilər.

İdman.Biz xəbər verir ki, gələcəyin şəhəri Neom üçün variantlardan biri hesab edilən “səma stadionu” layihəsi internetdə yayılıb.

Arena 350 metr yüksəklikdə yerləşəcək, tamamilə günəş və külək enerjisi ilə işləyəcək və 46.000 tamaşaçı tutumuna malik olacaq.

Tikinti işlərinə 2027-ci ildə başlanması və 2032-ci ildə başa çatdırılması planlaşdırılır. “Construction Review” jurnalı bildirir ki, arena hətta 2034-cü il dünya çempionatının oyunlarına da ev sahibliyi edə bilər.

İdman.Biz