“Liverpul” “Brentford”la oyunun ilk hissəsindən məğlub ayrılıb - 1:2.
İdman.Biz bildirir ki, Arne Slotun komandası Premyer Liqanın 9-cu turunun oyununda 5-ci (Uattara) və 45-ci (Şeyd) dəqiqələrində qol buraxıb.
Miloş Kerkez əlavə vaxtın 5-ci dəqiqəsində qollardan birinin əvəzini çıxmağı bacarıb.
“Liverpul”un ilk hissədə iki qol buraxması sonuncu dəfə aprel ayında “Fulhem”lə səfərdə baş verib.
