“Napoli” “İnter”ə qalib gələrək İtaliya çempionatında liderliyə yüksəlib - VİDEO

Xəbərlər
25 Oktyabr 2025 22:22
45
“Napoli” “İnter”ə qalib gələrək İtaliya çempionatında liderliyə yüksəlib - VİDEO

İtaliya A Seriyasının 8-ci turunda “Napoli” “İnter”lə oynayıb.

İdman.Biz bildirir ki, qarşılaşmada “Napoli” 3-1 hesabı ilə qalib gəlib.

33-cü dəqiqədə Kevin De Bruyne penaltidən qol vuraraq “Napoli”ni önə keçirib. 54-cü dəqiqədə Skott Maktominey meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 59-cu dəqiqədə Hakan Çalhanoğlu penaltidən qol vuraraq hesab arasındakı fərqi azaldıb. 67-ci dəqiqədə isə Frank Anqissa neapolluların üçüncü qolunu vurub.

Bu oyundan sonra “"Napoli” 18 xalla Seriya A-da turnir cədvəlinə başçılıq edir, “İnter” isə 15 xalla üçüncü yerdədir.

Növbəti turda “Napoli” 28 oktyabrda “Leççe” ilə, “İnter” isə 29 oktyabrda “Fiorentina” ilə qarşılaşacaq.

İdman.Biz