İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Çelsi” və “Sanderlend” qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun 2:1 “Sanderlend”in xeyrinə qurtarıb.
Hesabı dördüncü dəqiqədə “Çelsi”dən Alehandro Qarnaço açıb. Vilson İsidor isə 22-ci dəqiqədə hesabı bərabərləşdirib. Şemsdin Talbi 90+3-cü dəqiqədə qələbə qolunu vurub.
Bu oyundan sonra “Çelsi”" İngiltərə Premyer Liqasının turnir cədvəlində 14 xalla yeddinci, “Sanderlend” isə 17 xalla ikinci yerdədir.
Növbəti turda “göylər” “Tottenhem Hotspur”la, “Sanderlend” isə “Everton”la qarşılaşacaq.
Turun digər oyununda “Nyukasl Yunayted” “Fulhem”i 2-1 hesabı ilə məğlub edib.
“Nyukasl” 12 xalla 11-ci, “Fulhem” isə səkkiz xalla 16-cı yerdədir.
