Lamin Yamalın sözləri “Real Madrid”də ajiotaj yaradıb.
İdman.Biz xatırladır ki, “Barselona”nın cinah oyunçusu “Porsinos” klubunun sahibi İbay Lyanosun sualına cavab verərkən, “kral klubu”na söz atıb.
Lyanos ondan “Porsinos”un “Real Madrid”i xatırladıb-xatırlatmadığını soruşub.
"Bəli, əlbəttə. Onlar da həm fırıldaq edir, həm də şikayət edirlər", - deyə Lamin Yamal cavab verib.
“Marca”nın məlumatına görə, Laminin sözləri “el-klassiko”dan əvvəl “Real Madrid” oyunçularını qəzəbləndirib və onların qələbə əzmini artırıb.
Buna görə də “Real Madrid”də düşünürlər ki, Yamalın meydandan kənar davranışı “kral klubu”nun oyunçularına əlavə motivasiya verdiyi üçün o, Kataloniya klubunun oyunçuları üçüb “pis komanda yoldaşı”dır.
“Real”da hesab edirlər ki, Yamal, bəlkə də gəncliyi üzündən, peşəkar davranışın əsas qaydalarına riayət etmir.
