“Barselona”nın hücumçusu Markus Reşford İspaniya La Liqasının 10-cu turunda “Real”la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, komandalar bazar günü, oktyabrın 26-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynayacaqlar.
“Real Madrid”in çox güclü komandası və görkəmli məşqçisi var və onlar əla formadadırlar. Bu məni təəccübləndirmir, çünki onların yüksək səviyyəli oyunçuları var. Ona görə də çətin və həyəcanlı matç gözləyirəm.
Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik və bu, asan olmayacaq. Biz bu sınağa hazırıq. Planladığımız kimi oynasaq, bu, bizim üçün əla gün olacaq”, - Reşford deyib.
