Konfrans Liqasının ümumi mərhələsinin ikinci turunun Ukrayna “Şaxtyor”u ilə Polşanın “Legiya”sı arasında keçirilən oyuna yekun vurulub.
Qarşılaşma polşalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
16-cı dəqiqədə yarımmüdafiəçi Rafal Auqustinyak “Legiya”nı hesabda önə keçirib. 61-ci dəqiqədə hücumçu Luka Meyrelles hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Avqustinyak ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb.
Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor”un turnirdə üç xalı var. “Legiya” ilk üç xalını qazanıb. Üçüncü turda “Şaxtyor” İslandiyanın “Breydablik” klubu ilə oynayacaq, “Legiya” isə Sloveniyada “Selje”nin qonağı olacaq.
Konfrans Liqasında bu gün Avstriyanın “Rapid” və İtaliyanın “Fiorentina” klubları da qarşılaşıblar.
Oyun 3:0 “Fiorentina”nın xeyrinə qurtarıb.
Qolları Şer Ndur (9), Edin Ceko (48) və Albert Qudmundsson (88) vurublar.
“Fiorentina” 2 turdan sonra 6 xal toplayıb, “Rapid”in isə xalı yoxdur.