Çempionlar Liqasının 3-cü turunun “Ayntraxt” – “Liverpul” matçına yekun vurulub.
İdman.Biz bildirir ki, oyun “Frankfurt Arena”da baş tutub. Qarşılaşma qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
26-cı dəqiqədə “Ayntraxt”ın müdafiəçisi Rasmus Kristensen ilk qolu vurub. 35-ci dəqiqədə “Liverpul”un hücumçusu Uqo Ekitike hesabı bərabərləşdirib. 39-cu dəqiqədə müdafiəçi Vircil van Deyk qonaqları hesabda önə keçirib. 44-cü dəqiqədə “Liverpul”un müdafiəçisi İbrahima Konate meydan sahiblərinin 3-cü qolunu vurub. 66-cı dəqiqədə yarımmüdafiəçi Kodi Qakpo mersisaydlıların dördüncü qoluna imza atıb. 70-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai hesabı tamamlayıb.
Üçüncü oyun günündən sonra “Ayntraxt Frankfurt” üç xalla Çempionlar Liqasının ümumi turnir cədvəlində 22-ci yerdə qərarlaşıb. “Liverpul”un 6 xalı var və 10-cu yerdədir.