“Arsenal” “Atletiko”nun qapısından 4 cavabsız top keçirib - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:05
32
“Arsenal” “Atletiko”nun qapısından 4 cavabsız top keçirib - VİDEO

Londonun “Arsenal” və “Atletiko Madrid” komandaları arasında Çempionlar Liqasının 2025/26 mövsümünün 3-cü turunun oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Londondakı “Emirates Stadium”da baş tutub. Görüşdə “topçular” 4:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinin müdafiəçisi Qabriel Maqalyayns 57-ci dəqiqədə hesabı açıb. Qabriel Martinelli 64-cü dəqiqədə hesab arasındakı fərqi artırıb. Viktor Dyökereş 67-ci dəqiqədə komandasının üçüncü qolunu vurub. İsveçli forvard 70-ci dəqiqədə oyunda ikinci qoluna imza atıb.

Üçüncü oyun günündən sonra “Arsenal” 9 xal toplayıb. “Atletiko”nun 3 xalı var.

İdman.Biz