“Barselona” “Olimpiakos”u 6:1 hesabı ilə darmadağın edib - VİDEO

Xəbərlər
21 Oktyabr 2025 22:54
48
“Barselona” “Olimpiakos”u 6:1 hesabı ilə darmadağın edib - VİDEO

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 3-cü turunun “Barselona” – “Olimpiakos” matçına yekun vurulub.

İdman.Biz bildirir ki, oyun İspaniyanın Barselona şəhərindəki “Estadio Olympique Lluis Companys” stadionunda baş tutub.

Qarşılaşma 6:1 hesabı ilə “blauqrana”nın xeyrinə başa çatıb.

"Barselona"nın qollarını yarımmüdafiəçi Fermin Lopez (7, 39, 76), cinah yarımmüdafiəçisi Markus Reşford (74, 79) və hücumçu Lamin Yamal penaltidən (68) vurublar.

“Olimpiakos”un qolunu El-Kaabi (54) vurub.

Növbəti turda Hans-Diter Flikin yetirmələri “Brügge” (5 noyabr), Xose Luis Mendilibarın komandası isə PSV (4 noyabr) ilə qarşılaşacaq.

İdman.Biz