“Liverpul” təyyarədəki problemə görə “Ayntraxt”la matç üçün Frankfurta uça bilməyib

Xəbərlər
21 Oktyabr 2025 22:48
50
“Liverpul” təyyarədəki problemə görə “Ayntraxt”la matç üçün Frankfurta uça bilməyib

“Liverpul” Çempionlar Liqasının 3-cü turunda "Ayntraxt" ilə qarşılaşacaqları matça təyyarədəki texniki nasazlıq səbəbindən getməyib. Futbolçuları aparacaq təyyarə İngiltərədən Frankfurta uça bilməyib.

İdman.Biz-in məlumatına görə, mersisaydlıların rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən də Premyer Liqanın oyunöncəsi mətbuat konfransı ləğv ediləcək.

Qeyd edək ki, oyun “Frankfurt Arena”da (Frankfurt, Almaniya) keçiriləcək. Qarşılaşmanı fransalı baş hakim Fransua Leteksye idarə edəcək.

Çempionlar Liqasının iki oyunundan sonra “Liverpul”un üç xalı var və 17-ci yerdədir. Üç xalı olan "Ayntraxt" isə 15-ci pillədə qərarlaşıb.

İdman.Biz