“Yunion” öz meydançasında “İnter”ə böyük hesabla məğlub olub - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:29
27
“Yunion” öz meydançasında “İnter”ə böyük hesabla məğlub olub - VİDEO

Çempionlar Liqasının III turunda Belçika təmsilçisi “Yunion” “İnter”i qonaq edib.

İdman.Biz bildirir ki, qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ilk qolu 41-ci dəqiqədə italyan komandasının müdafiəçisi Denzel Dumfris tərəfindən vurulub. “İnter”"in hücumçusu Lautaro Martinez 45+1-ci dəqiqədə komandasının fərqini artırıb.

İkinci hissədə “qara-göylər”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 53-cü dəqiqədə penalti ilə hesabı 3:0 edi. 76-cı dəqiqədə qonaqların hücumçusu Françesko Esposito yekun hesabı müəyənləşdirib.

Üçüncü oyun günündən sonra “İnter” in 9 xalı var. “Yunion” üç xal toplayıb.

İdman.Biz