PSJ Çempionlar Liqasının matçında “Bayer”i darmadağın edib - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:21
24
PSJ Çempionlar Liqasının matçında “Bayer”i darmadağın edib - VİDEO

UEFA Çempionlar Liqasının 3-cü mərhələsinin “Bayer” – PSJ matçına yekun vurulub.

İdman.Biz xəbər verir ki, Fransa klubu 7:2 hesablı inamlı qələbəni təmin edib.

Qarşılaşma Leverkuzendəki “BayArena”da baş tutub.

Matçın açılış qolunu yeddinci dəqiqədə qonaqların müdafiəçisi Uilyam Paço vurub. 38-ci dəqiqədə Aleş Qarsia penalti ilə hesabı bərabərləşdirib. Üç dəqiqə sonra Dezir Due PSJ-ni önə çıxarıb, 44-cü dəqiqədə isə Xviça Kvaratsxeliya hesabı 3:1-ə çatdırıb. Dezir Due birinci hissəyə əlavə olunmuş vaxtda dubla imza atıb.

50-ci dəqiqədə Nunu Mendeş “Bayer”in qapısına 5-ci qolu vurub. Aleş Qarsia 54-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Lakin 12 dəqiqə sonra Usman Dembele hesab arasındakı fərqi 4 qola çatdırıb.

Oyunun son qolunu 90-cı dəqiqədə Vitinya vurub.

Qeyd edək ki, “Bayer”in futbolçusu Robert Andrix və PSJ-nin futbolçusu İlya Zabarnıy ilk hissədə meydandan qovulub.

Bu oyundan sonra PSJ doqquz xalla Çempionlar Liqasının turnir cədvəlinə başçılıq edir, “Bayer” isə iki xalla pley-offdan kənardadır.

İdman.Biz