“Mançester Siti” səfərdə “Vilyarreal”dan üstün olub - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:12
24
“Mançester Siti” səfərdə “Vilyarreal”dan üstün olub - VİDEO

Çempionlar Liqasının 2025/26 mövsümünün 3-cü turunda “Vilyarreal” “Mançester Siti”ni qəbul edib.

İdman.Biz xəbər verir ki, oyun Vilyarrealdakı “Estadio Ceramica” stadionunda baş tutub.

Qarşılaşma 2:0 hesabı ilə ingilis klubunun xeyrinə başa çatıb.

Hesabı 17-ci dəqiqədə “Mançester Siti”nin hücumçusu Erlinq Haland açıb. 40-cı dəqiqədə yarımmüdafiəçi Bernardo Silva hesab arasındakı fərqi artırıb.

Növbəti turda Marselino Toralın komandası “Pafos”la (5 noyabr), Xosep Qvardiolanın yetirmələri Dortmund “Borussiya”sı ilə (5 noyabr) qarşılaşacaq.

İdman.Biz