“Eyndhoven” “Qarabağ”ın rəqibini darmadağın edib - VİDEO

Xəbərlər
22 Oktyabr 2025 01:38
24
“Eyndhoven” “Qarabağ”ın rəqibini darmadağın edib - VİDEO

UEFA Çempionlar Liqasının 3-cü turunun “PSV Eyndhoven” – “Napoli” matçına yekun vurulub.

İdman.Biz-in məlumatına görə, PSV 6:2 hesablı inamlı qələbə qazanıb.

Qarşılaşma Eyndhovendəki “Filips” stadionunda baş tutub.

31-ci dəqiqədə Skott Maktominey hesabı açaraq qonaqları önə keçirib. 35-ci dəqiqədə “Napoli”nin oyunçusu Buoncorno avtoqola imza atıb. İsmael Saybari 44-cü dəqiqədə meydan sahiblərini hesabda önə çıxarıb.

İkinci hissənin əvvəlində Dennis Man fərqi artırıb. Man 80-ci dəqiqədə dubl edib. Altı dəqiqə sonra Maktominey dubl edərək italyanların hesabdakı fərqini azaldıb. Lakin son dəqiqələrdə Rikardo Pepi və Kouhaib Drioş hesabı 6:2-yə çatdırıblar.

Bu oyundan sonra “PSV Eyndhoven”in 4 xalı var, “Napoli” 3 xal toplayıb.

Növbəti turda “Eyndhoven” səfərdə “Olimpiakos”la qarşılaşacaq, “Napoli” isə Frankfurt “Ayntraxt”ını öz evində qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 4-də baş tutacaq.

İdman.Biz