“Atletiko” stadiondakı isti su probleminə görə “Arsenal”dan UEFA-ya şikayət edib

Xəbərlər
21 Oktyabr 2025 01:56
25
“Atletiko” stadiondakı isti su probleminə görə “Arsenal”dan UEFA-ya şikayət edib

“Atletiko Madrid” klubu “Emirates” stadionunda məşqdən sonra futbolçularını isti su ilə təmin edə bilməyən London “Arsenal”la bağlı UEFA-ya şikayət edib.

İdman.Biz bildirir ki, ispan komandasının futbolçuları məşqdən sonra duş ala bilməyib.

Klub problemlə bağlı stadion işçilərinə məlumat versə də, onların xahişlərinə məhəl qoyulmayıb. Oyunçular Londonun mərkəzindəki otellərinə qayıtmağa məcbur olublar.

Oktyabrın 21-də Çempionlar Liqasının 3-cü turunda “Arsenal” və “Atletiko Madrid” komandaları üz-üzə gələcək.

Çempionlar Liqasının iki oyunundan sonra “Arsenal”ın altı xalı var və beşinci yerdədir. “Atletiko Madrid” 3 xalla 10-cu yerdədir.

İdman.Biz